Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır

Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır. 

 

APA TV-nin məlumatına görə, bu, Milli Məclisə daxil olan “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsində əksini tapıb. 

 

Layihəyə əsasən, hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif edilir. 

 

Layihə Milli Məclisin martın 30-da keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.

Müəllif | Apa.Tv
Apa.tv