Azərbaycanda İcra Hakimiyyəti binasında insident
Gədəbəy Rayon İcra Hakimiyyətində icra başçısının qəbulu zamanı insident baş verib.
APA TV-nin əldə etdiyi məlumata görə, qəbuldan əvvəl yaranmış növbə zamanı rayonun Slavyanka kənd sakini, 1980-ci il təvəllüdlü Tamara Hümbətova ilə digər şikayətçilər arasında dava-dalaş olub.
İttihama görə, o, səs-küy salaraq yarım saat müddətində icra hakimiyyətində normal iş ahəngini pozub. Hadisə ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdakı mühafizə polisi əlavə naryad dəvət etdikdən sonra 42 yaşlı qadın saxlanılaraq Gədəbəy Rayon Polis Şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin xuliqanlıq maddəsi ilə protokol tərtib edilib.
Gədəbəy Rayon İcra Hakimiyyətindən o da bildirilib ki, Tamara Hümbətovanın şikayətləri ilə bağlı dəfələrlə ona izahatlar verilib və müvafiq köməkliklər göstərilib.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV