Azərbaycanda iki icra başçısı dəyişdirildi

Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

APA TV-nin xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. 

 

Prezidentin imzaladığı digər sərəncamla Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

 

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı da dəyişdirilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, yerinə Anar Aqil oğlu Tağıyev təyin edilib.

 

Qeyd edək ki, bu təyinata qədər 39 yaşlı Elnur Rzayev Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, 38 yaşlı Anar Tağıyev isə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini idi.

Müəllif | Apa.Tv
Apa.tv