İlqar Məmmədovun və Razi Nurullayevin partiyaları dövlət qeydiyyatına alındı

Respublikaçı Alternativ Partiyası (ReAL) qeydiyyata alınıb.

 

APA TV-nin məlumatına görə, bu gün partiya sədri İlqar Məmmədova Ədliyyə nazirinin müavini Toğrul Musayev və Qeydiyyat və Notariat baş idarəsinin rəisi İlqar Məmmədov tərəfindən Respublikaçı Alternativ Partiyasının qeydiyyata alınması haqqında sertifikat təqdim olunub. 

 

Bundan başqa, Milli Məclisinin deputatı Razi Nurullayevin sədri olduğu partiya da dövlət qeydiyyatına alınıb.

 

Bu barədə millət vəkili özü bildirib. Onun sözlərinə görə, Milli Cəbhə Partiyasının (MCP) qeydiyyata alınması haqqında sertifikat Ədliyyə nazirinin müavini Toğrul Musayev və Qeydiyyat və Notariat baş idarəsinin rəisi İlqar Məmmədovla keçirilən görüşdə ona təqdim edilib.

Müəllif | Apa.Tv
Apa.tv