Azərbaycanda iki rayona yeni icra başçısı təyin edildi
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Mirsadıq oğlu Sadıqov vəzifəsindən azad edilib.
APA TV -nin xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bundan başqa, Prezident İlham Əliyev Mirhəsən Mirheydər oğlu Seyidovun Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, bu təyinata qədər Nahid Bağırov Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri, Mirhəsən Seyidov isə “İrəli” İctimai Birliyinin sədri idi.