Azərbaycanda ilk dəfə olaraq “Albalı və gilas” festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Albalı və gilas” festivalı keçirilib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, tədbirdə çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, son dövrlərdə ölkəmizdə müxtəlif meyvələrə həsr olunmuş festivalların keçirilməsi ənənə halını alıb. Bu cür kütləvi tədbirlər kənd təsərrüfatı məhsullarına, xüsusilə də mövsümi meyvələrə marağı artırmaq baxımından əhəmiyyət daşıyır:

 

Açılış mərasimindən sonra festivalın qonaqları kənd təsərrüfatı şirkətlərinin təqdimatlarını izləyib, milli kulinariya nümunələri və xarici ölkələrin mətbəxləri ilə tanış olublar.

 

Festivalda mədəni-etnoqrafik tədbirlər, ağır atletlərin çıxışı, müxtəlif əyləncəli yarışlar və müsabiqələr təşkil edilib.

 

Qeyd edək ki, Albalı-Gilas festivalının Xaçmaz rayonunda keçirilməsi təsadüfi deyil. Ölkə üzrə gilas bağlarının 35 faizi, istehsal olunan gilasın isə 42 faizi Xaçmaz rayonunun payına düşür.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv