Azərbaycanda koronavirusdan vəfat edən yoxdur – RƏSMİ

Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə ölkəmizdə narahatlığa səbəb olmaqla cəmiyyətdə süni ajiotaj yaradılmasında maraqlı olan şəxslər tərəfindən qərəzli olaraq guya “COVID-19” adlanan koronavirus epidemiyasına yoluxmuş şəxsin 3 saylı Şəhər Klinik Xəstəxanasında vəfat etməsi ilə bağlı səs yazısı yayılıb.

 

APA TV xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargah və Baş Prokurorluğun yaydığı birgə məlumatda qeyd olunur ki, bu hallarla yanaşı, qeyd edilən mövzuda yalan məlumatların yayılması, o cümlədən kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməsi müşahidə olunur.

 

İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Müəllif | Apa.Tv
Apa.tv