Azərbaycanda koronavirusun "Britaniya ştamm"ı aşkarlanıb - RƏSMİ

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

 

Bu barədə APA TV-yə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1,  B.1.1.7 (Britaniya variantı) aşkar edilib.  

 

Qeyd edək ki, ölkəmizdə koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.

 

Müəllif | Apa.Tv
Apa.tv