Azərbaycanda körpülər niyə selə dözmür?

Bir neçə gün öncə Azərbaycanda növbəti körpülər üçdu. Bu dəfə sel suları Astaranın Siyokəş kəndini körpüsüz qoydu. Eyni zamanda Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpü də uçdu. Nəticədə şagirdlərin məktəbə gedişi çətinləşdi. Ondan əvvəlki gün isə Astaranın Vaqo kəndində sel suları 40 kəndi birləşdirən körpünü uçurtdu. Və beləcə bir-birinin ardınca adıçəkilən rayonun bir neçə kəndində körpüləri sel yuyub apardı. Elə həmin ərəfələrdə də Zaqatalada üç körpü sel sularının cəngindən qurtula bilmədi. Bütün bunlardan bir neçə gün öncə isə Xaçmaz rayonunda Qudyalçay üzərindəki körpü üstündən maşınlar keçərkən uçdu, xəsarət alanlar oldu. Bu son bir ayda qeydə alınan faktlardır. Maraqlıdır, Azərbaycanda sel gələn və yanında yel keçən kimi körpülər niyə uçur? Öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun əsaslandırmasına qulaq asaq. İndi isə həmin qurumun sözçüsü Anar Nəcəflini dinləyək. Gördüyünüz kimi bütün günahlar təbiətin boynunda qaldı. Deyək ki, belədir. Bəs bu körpülər tikiləndə sel kimi normal təbii proseslər nəzərə alınmayıbmı? Alınıbsa, bu körpülər niyə uçur? Alınmayıbsa, təbiəti niyə günahkar çıxardırlar? Bu suala cavab ala bilmədik deyə, keçək digər sualımıza: “Hər il körpülərin inşasına və bərpasına nə qədər vəsait ayrılır?” “Körpülərin tikintisinə ayrılan vəsait onun yerləşdiyi əraziyə uğun olaraq dəyişir.Burada konkret rəqəm söyləmək də çətindir”. Bax belə... Bu sualımıza da demək olar ki, cavab ala bilmədik. Dövlət qurumu gah nala, gah mıxa vurmaqla sel sualarından quru çıxmağa çalışdı. Ekspertlər isə düşünürlər ki, körpülərin tikintisi üçün hansı qurum dövlət büdcəsindən maaliyyələşirsə, o qurum da vətəndaş təhlükəsizliyinin zəmanətçisidir. Ekpert həmçinin əlavə etdi ki, körpülər sellə yanaşı, həm də ağır tonajlı avtomobillərin keçidi nəzərə alınmaqla tikilməlidir. Əlqərəz, gözləyək görək hələ nə qədər körpü selin qurbanı olacaq. AYTƏN SAKİTQIZI APA TV

Müəllif | Apa.Tv
Apa.tv