Azərbaycanda Medianın İnkişafı Agentliyi yaradıldı

Prezident İlham Əliyev ölkədə sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. 

 

Fərmana əsasən Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

 

Agentliyin nizamnamə fondu 285 405 (iki yüz səksən beş min dörd yüz beş) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

 

Bundan başqa, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

 

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Əhməd Məhəmməd oğlu İsmayılov Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib.

Müəllif | Apa.Tv
Apa.tv