Azərbaycanda məhkumlarla görüş və sovqat qəbulu dayandırıldı - SƏBƏB
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb.
APA TV xəbər verir ki, bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumat verib. Onun sözlərinə görə, virusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu dayandırılıb.
Qeyd edək ki, Azərbaycanda 6 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb və həmin şəxslərin səhhəti ciddi nəzarətdə saxlanılır, müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.