Azərbaycanda mikroavtobus aşdı

Sumqayıtda "Hyundai" markalı mikroavtobus aşıb, xəsarət alanlar var.

 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda qeydə alınıb. Şirkətə məxsus mikroavtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarına aşırıb. Qəza nəticəsində avtobusda olan 7 nəfər xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator nəzarətə göndəriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv