Azərbaycanda müəllim şagirdi belə döydü
Azərbaycanda müəllim şagirdi döyüb.
APA TV-nin xəbərinə görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Yayılan məlumata görə, hadisə Zəngilan rayon 35 saylı məcburi köçkün məktəbində baş verib. Həmin məktəbin musiqi müəllimi 8-ci sinifdə oxuyan şagirdə qarşı zor tətbiq edib.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı APA-ya bildirib ki, məsələ nazirliyin diqqətindədir:
"Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".