Azərbaycanda nazir müavini təqaüdə göndərildi

 

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev təqaüdə göndərilib.

APA TV-nin məlumatına görə, Novruz Quliyev yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsinə Vüqar Kərimov təyin edilib. O, bu təyinata qədər həmin nazirlikdə Aparat rəhbəri işləyib.

Müəllif | Apa.Tv
Apa.tv