Azərbaycanda nazir müavini vəfat edib

Maliyyə naziri Samir Şərifovun birinci müavini İlqar Fəti-zadə uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

Bu barədə "APA-Economics"ə Maliyyə Nazirliyindən xəbər verilib.

 

İlqar Fəti-zadə 1956-cı il sentyabr ayının 30-da anadan olub və 1999-cu ildən maliyyə nazirinin birinci müavini vəzifəsində işləyib.

 

Müəllif | Apa.Tv
Apa.tv