Azərbaycanda niyə uşaq qidaları istehsal olunmur?

Azərbaycanda niyə uşaq qidaları istehsal olunmur? Azərbaycanda uşaq qidalarına tələbat günü gündən artır. Ancaq son vaxtlar bütün dünyanı başına bürüyən qida böhranı və qiymət artımı bu sahədən də yan keçmir. Təkcə qida deyil, uşaq geyimləri, oyuncaqları və s. də sürətlə bahalaşır. Bu durum isə aztəminatlı ailələr üçün vəziyyəti daha da çətinləşdirir. Elə vətəndaşlar arasında keçirdiyimiz sorğu zamanı da bunun şahidi olduq. İqtisadçı ekspert Xalid Kərimli uşaq qidalarının bahalığını həmin məhsulların xaricdən idxal olunması ilə əlaqələndirir. İqtisadçı ekspert Rəşad Hüseyn isə düşünür ki, ölkəmizdə uşaq qidaları bazarında rəqabət yoxdur. Bahalaşmanın bir səbəbi də budur. Onun sözlərinə görə, nə qədər böyük əhəmiyyət daşısa da, Azərbaycanda uşaq qidaları istehsal olunmur. Bu sahədə qiymət artımının qarşısını almağın əsas yolu yerli istehsalın təşkildir. Azərbaycanda 2017-ci ildən uşaq qidalarında gömrük rüsumu aşağı salınıb. Lakin ekspertlər düşünürlər ki, bahalaşmanın qarşısını almaq üçün müvəqqəti olaraq bu qidalar əlavə dəyər vergisindən də azad olunmalıdırlar.

Müəllif | Apa.Tv
Apa.tv