Azərbaycanda parlament seçkiləri başa çatdı

Bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb. 

 

APA TV-nin məlumatına görə, saat 08.00-da startı verilən səsvermə saat 19.00-da yekunlaşıb. 

 

Seçki məntəqələri bağlanaraq səslərin sayılmasına başlanılıb. 

 

Seçkilər 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsini əhatə edib, 1000 məntəqədə veb-kameralar quraşdırılıb.

 

5 329 460 seçicinin səsvermə hüququndan istifadə etmək imkanı olub. Səsvermə üçün 5 387 600 bülleten çap edilib. Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.

 

Parlament seçkilərini izləmək üçün 77 790 yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

 

Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparıb. Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır.

 

Müəllif | Apa.Tv
Apa.tv