Azərbaycanda partiya sədri koronavirusdan vəfat etdi

Azərbaycan Yurddaş Partiyasının sədri, sabiq deputat Mais Səfərli vəfat edib.

 

Bu barədə APA-ya onun bacısı Gülayə Quliyeva bildirib.

 

Onun sözlərinə görə, M.Səfərli koronavirusdan müalicə aldığı xəstəxanada bu gün vəfat edib.

 

Qeyd edək ki, M.Səfərli 1958-ci ildə Qubadlıda anadan olub. Milli Məclisin II çağırış deputatı olan M. Səfərli 1993-cü ildən Azərbaycan Yurddaş Partiyasının sədri idi.

 

Müəllif | Apa.Tv
Apa.tv