Azərbaycanda polis özünü güllələdi

Füzulidə polis ehtiyatsızlıqdan özünü silahla vuraraq öldürüb.

 

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, mayın 13-də Füzuli rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv