Azərbaycanda qorxulu statistika: Cinayət törədənlərin çoxu işsizlər olub

Dövlət Statistika Komitəsinin 2022-ci ilin məlumatına əsasən, cinayət törətmiş şəxslərin 98,9 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,1 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.  

Cinayət törədənlərin 72,8 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,7 faizini qadınlar təşkil edib. 

Sosioloqlar düşünürlər ki, rəqəmlərdəki anormal yüksəlmənin əsas səbəbləri narkomaniyaya meylliliyin artması və işsizlikdir.

Psixoloqlar isə düşünür ki, cinayət hadisələrinin artmasında oyun və filimlərin də rolu olduqca böyükdür.

Kriminalistlərin fikrincə isə iki il davam edən pandemiya da cinayət hallarının artmasına təkan verib.

Qeyd edək ki, 2022-ci il ərzində sözügedən məsələ ilə bağlı inzibati xəta törətmiş  2017 nəfər inzibati məsuliyyətə cəlb olunub ki, bu da əvvəlki ilin göstəricisindən 29,8 faiz çoxdur.

Müəllif | Apa.Tv
Apa.tv