Azərbaycanda Ramazan ayı başlayıb

Bu gündən Azərbaycanda Ramazan ayı başlayır. 

APA TV xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən  verilən məlumata görə, Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edir. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.

Təqvimə əsasən, Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir. 

Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-də qeyd olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv