Azərbaycanda rektor işdən çıxarıldı
Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad olunub.
Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib.
APA TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Ceyhun Məmmədov 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. İlahiyyat üzrə fəlsəfə doktorudur. Ceyhun Məmmədov 9 fevral 2020-ci ildə Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputat seçilib.