Azərbaycanda son sutkada koronavirus əleyhinə 365 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 365 vaksin vurulub. 

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 362, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir. 

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 423 660, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 939 460, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 484 200 təşkil edir. 

 

 

Müəllif | Apa.Tv
Apa.tv