Azərbaycanda tanınmış həkim vəfat etdi
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Tibb Universitetinin nevrologiya kafedrasının dosenti, tanınmış nevroloq Dilarə Xəlilova vəfat edib.
Azərbaycan Tibb Universitetindən verilən məlumata görə, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən Dilarə Xəlilova yanvarın 26-da gecə saatlarında dünyasını dəyişib, ötən gün dəfn olunub.
O, uzun müddət ATU-nun Tədris Terapevtik Klinikasının Nevrologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra xəstəliklə əlaqədar vəzifəsindən uzaqlaşıb.