Azərbaycanda tələbə rektor oldu
Azərbaycan Dillər Universitetinin "Bir günlük Xəlifə" adlı maraqlı layihəsi olub.
APA TV xəbər verir ki, layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər.
Rektor Kamal Abdullanın, eləcə də prorektorların, şöbə və mərkəz müdirlərinin yerinə Xəlifələr seçilib.
Rektor vəzifəsi üçün seçilmiş 6 namizəddən Nurlan Tağıyev 56 səslə qalib gəlib: “Universitetin rəhbər vəzifələrini tutan şəxslər tələbələrlə əvəz olunur. Bir gündən sonra bir illik “kölgə kabineti” yaradılır. Vəzifəyə seçilmiş şəxslər “kölgə kabinet” lərində fəaliyyətlərini davam etdirirlər. Seçim ixtiyarı tələbələrə buraxılır rəhbərlik bu prosesə qarışmır”.
Bir gün ərzində universitetdə rektor, prorektorlar, dekanlar, mərkəz və şöbə müdirləri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi və inzibati işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər. Eyni zamanda bir günlük maaşlarını alacaqlar.
Qeyd edək ki, “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur.
Nərmin Murad
Fariz Quliyev
APA TV