Azərbaycanda tələbənin ölümündən əvvəl yazdığı məktub
Sabirabadda 17 yaşlı gənc özünü asaraq intihar edib.
APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, Sabirabad rayonunun Bulaqlı kənd sakini, 2004-cü il təvəllüdlü Mirzəyev Elmir Məhəmməd oğlu ötən gecə saat 23.00 radələrində özünü yaşadıqları evin həyətindəki yarım tikilidə asaraq intihar edib. 4 bacının bir qardaşı olan Elmir “Whatsapp” paylaşımında intihar edəcəyi ilə bağlı məktub yazıb. 17 yaşlı oğlan paylaşımında, “Bəlkə də siz bu statusu oxuyanda artıq mən həyatda olmayacam. Özünüzə yaxşı baxın. Məni dost dediklərinizin məni səhv başa düşməyi öldürdü. Səhv etdiniz və bu ömrünüzün axırına qədər sizi peşman edəcək. Mənimki bura qədərmiş...”, - yazıb. Bu paylaımı görən dost-tanış ard-arda Elmirin atasına zəng etməyə bşalayıblar: “Anasına dedi ki, “vedrəni qızdır hamamda yuyunmayacağam”. Belə saat 11-i keçdi mən də futbola baxırdım. Yeznəm zəng elədi soruşdu, Elmir evdə? Dedim yox, olsa yanımda olar. 2 dəqiqə sonra başqa uşaq zəng elədi. O da soruşdu, Məhəmməd dayı, Elmir evdədir? Artıq şübhələndim ki, bizə axı belə zənglər gəlmir! Dalbadal zəng gəlir. Yoldaşıma dedim ki, çıx bayıra tez mən də gəlirəm. Əvvəl ayaqyoluna baxdıq sonra dama baxdıq gördük özün asıb. Nəyə görə, heç kimdən alacağı yox, 3-cü kursda oxuyurdu, sakit uşaq.”
Elmir Mirzəyev Sabirabad Dövlət Sosial İqtisad kollecinin 3-cü kurs tələbəsi idi. Müəllimləri onu yaxşı tələbə kimi xatırlayır. Elmirin müəllimi Adışirin Qurbanov deyir ki, Elmir çox tərbiyəli və intizamlı tələbə olub: “Dərslərə davamiyyətində qrupda ən fəal uşaqlardan biri idi. Bu hadisənin baş verməsi onun qrup yoldaşlarının və pedaqoji kollektivi çox narahat etdi. Biz ona yüksək ümidlə baxırdıq, gələcəyin bir aparıcı mütəxəssisi kimi yetişəcəkdi. Amma qismət belə oldu. Təəssüf ki, belə hadisə baş verdi.”
Faktla bağlı Sabirabad prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.