Azərbaycanda teleqram və “TikTok” bağlanır? - NAZİRLİK AÇIQLADI

Sosial şəbəkələrdə Azərbaycanda TikTok-un, Telegram və Votsapın fəaliyyətində problem yarandığı ilə bağlı məlumatlar yayılıb.

 

Rəqəmsal İnkişaf və Yüksək Texnologiyalar Nazirliyindən APA TV-yə verilən məlumata görə, onlar tərəfindən sosial şəbəkələrin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb.

 

Qeyd edək ki, bir neçə gündür ictimaiyyət nümayəndələri, o cümlədən tanınmış şəxslər Azərbaycanda “TikTok” sosial şəbəkəsinin bağlanması üçün aidiyyəti qurumlara çağırış edirlər

Müəllif | Apa.Tv
Apa.tv