Azərbaycanda vəzifəli şəxs arvadına görə İSTEFA VERDİ

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini işdən çıxıb. APA TV xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Famil İsayev Lənkəranda yaşamaq imkanına malik olmadığı üçün vəzifəsindən imtina edib. Lənkəran-Astara Regional Təhsil İdarəsindən Lent.az-a faktı təsdiqləyiblər. Bildirilib ki, Famil İsayevin vəzifəsindən imtina etməsi həyat yoldaşının səhhəti ilə əlaqəlidir: "Onun həyat yoldaşının səhhətində problemlər var idi. İş yerinin yerləşdiyi ərazinin iqlimi yoldaşının xəstəliyinə uyğun olmadığı üçün ərizə yazaraq vəzifəsindən imtina edib". Xatırladaq ki, Famil İsayev bu ilin mayın 30-u Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Müəllif | Apa.Tv
Apa.tv