Azərbaycanda xüsusi karantin rejimi uzadıldı - İYUNUN 1-DƏK
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.
APA TV-nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarında bildirilib.
Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:
- 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;
- 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
- 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
- 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
- 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;
- 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
- 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;
- 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;
- 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Ölkə ərazisində 20 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılacaq.
Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb.