Azərbaycanda yenilik: ƏN KEYFİYYƏTLİ VƏ ƏN UCUZ BAZAR!

Bakı Sumqayıt şosesinin saray postunun yaxınlığında “Sizin bazar” meyvə bazarı artıq fəaliyyətə başlayıb. Mindən artıq məhsul çeşidləri ilə zəngin olan bazarda həm də, ət məhsulları, “Gəncə təndir” brendinin istehsalı olan təndir çörəyi və təndir məhsulları müştərilər üçün ən ucuz qiymətə təklif olunur.

 

Yeni açılan “Sizin bazar” meyvə bazarını Saray qəsəbə və Sumqayıt sakinləri üçün yenilik də hesab etmək olar. Çünki məhsullar dəyərindən xeyli ucuz qiymətə və yüksək keyfiyyətlə alıcılara təklif olunur.

 

Alıcılar burada bütün növ meyvə-tərəvəzləri, xüsusi qablaşdırılmış turşu məhsullarını, istəklərinə uyğun şəkildə əldə edə biləcəklər. Təşkilatçıların sözlərinə görə, endirim kompaniyaları növbəti aylarda da davam etdiriləcək.

 

Sahibkar Bahadur Həsənov yüksək keyfiyyətli məhsullarla alıcıların xidmətində olduqlarını deyir: “Burada yüksək keyfiyyətli məhsullarla xidmətinizdəyik. Un məmulatlarıdır, kənd təsərrüfat məhsulları, ət məhsulları, toyuq, süd məhsulları, quru  meyvələr və mürəbbələrimiz turşularımız var. Xüsusi  endirimlərimiz var. Endirimlər il boyu davam edəcək. Bir endirim başa çatdı, digəri başlayacaq. Təklif buyurub gəlib yerimizə baxıb, qiymətləri və keyfiyyəti yerində görə bilərsiniz.

 

Elə alıcılar da “Sizin bazar” meyvə bazarını bura üçün bir yenilik hesab edirlər.  Keyfiyyətdən və qiymətlərdən razı qaldıqlarını deyirlər:

 

- Qiymətlərdən çox razıyıq. Həddən artıq digər yerlərdən ucuzdur. Məhsullar yenidir.

 

- Bu əraziyə yaxın yaşayıram. Qiymətlər çox ucuzdur. Ucuz olduğun bildiyim üçün bura gəldim.  hər şey endirimdədir. Çox razıyam.

 

Qeyd edək ki, bazara gələn alıcıların rahatlığını təmin etmək məqsədi ilə 200 yerlik avtomobil dayanacağı da ayrılıb.

 

Xələf Xələfov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv