Azərbaycandakı Rus İcmasının üzvləri Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə olub

Azərbaycandakı Rus İcmasının üzvləri bu gün Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə gəliblər.

Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina bildirib ki, Azərbaycanın Rus İcması ekofəalların, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Azərbaycanın Qarabağ regionundakı faydalı qazıntı yataqlarının artıq 30 ildən yuxarıdır ki, talan olunmasının qarşısını almaq istiqamətindəki aksiyasını aktiv şəkildə dəstəkləyir.

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri ötən il dekabrın 12-dən Laçın-Xankəndi yolunda aksiya keçirirlər.

Aksiyanı gecə-gündüz, fasiləsiz davam etdirən aksiya iştirakçıları humanitar məqsədli yüklərin yoldan sərbəst keçidi üçün heç bir maneə yaratmırlar. Gün ərzində Rusiya sülhməramlılarının təminat avtomobilləri, humanitar təyinatlı yüklər, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları aksiya keçirilən yerdən hər iki istiqamətə sərbəst hərəkət edir.

Müəllif | Apa.Tv
Apa.tv