Azərbaycandan bu il Həcc ziyarəti baş tutmayacaq

Azərbaycandan bu il Həcc ziyarəti baş tutmayacaq.

 

APA TV-nin əldə etdiyi məlumata görə, pandemiya səbəbindən ziyarət bu il də həyata keçirilməyəcək.

 

APA TV xəbər verir ki, məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana məktub daxil olmayıb.

 

Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbindən ötən il də Azərbaycandan Həcc ziyarəti təxirə salınmışdı. 

 

Müəllif | Apa.Tv
Apa.tv