Azərbaycandan dəmir yolu ilə Türkiyəyə yardım göndərilib

Biləcəri dəmiryol stansiyasından Türkiyəyə humanitar yardım göndərilib.

 

Humanitar yardımlar 25 konteynerdən ibarət yük qatarı ilə yola salınıb. Bu gün yola salınan humanitar yardım əsasən tibbi ləvazimatlar, qızdırıcılar və generatorlardan ibarətdir və 3 gün ərzində mənzil başına çatacaq.

 

Səfir Cahit Bağçı bu çətin günlərdə göstərilən böyük dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür edib.

 

Qeyd edək ki, fevralın 6-sı səhərə yaxın və ondan 9 saat sonra Türkiyənin 10 şəhərində böyük dağıntılara və insan itkisinə səbəb olan 7,7 və 7,6 bal gücündə zəlzələ baş verib. Nəticədə şəhərlərdə minlərlə bina dağılıb, çox sayda insan həlak olub, yaralanıb.

Müəllif | Apa.Tv
Apa.tv