Azərbaycandan Türkiyəyə daha bir yardım karvanı getdi – APA TV

Gəncədən Türkiyəyə növbəti yardım göndərilib. APA-nın yerli bürosunun məlumatına görə, Türkiyədə zəlzələdən zərərçəkmiş insanlar üçün növbəti yardım karvanı yola salınıb. Gəncədən yola düşən 11 yük maşınından ibarət karvanın yükü Gəncə, Ağdam, Balakən, Oğuz, Şəki, Beyləqan, Zərdab, Ucar, Masallı, Lənkəran, Göygöl, Füzuli, Tərtər, Yevlax, Şəmkir, Göyçay, Daşkəsən, Samux və Gədəbəy rayonlarından sakinlərin topladığı həyat üçün zəruri vəsaitlər və gündəlik tələbat mallarından ibarətdir. Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop bildirib ki, yola salınan yükün ağırlığı 125 ton ton olub. Əsasən qida, geyim, dərman, uşaq bezi, generator, istilik lampaları, sadə yataq və yorğan dəstləri, xalçalardan ibarət yardım tez bir zamanda təyinat nöqtəsinə çatdırılacaq. Qeyd edək ki, bundan əvvəl Gəncədən Türkiyəyə yardım aparan 7 yük maşınlıq karvan yola çıxıb.

 

Fuad Nazimoğlu Mehdi Rəşid APA TV, Gəncə

Müəllif | Apa.Tv
Apa.tv