Azərbaycandan Ukraynaya növbəti dəstək – APA TV
Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın minalardan təmizlənməsində köməyə görə Azərbaycana təşəkkür edib.
O, bu barədə videomüraciətində bildirib. "Azərbaycan minatəmizləmə avadanlıqları da daxil olmaqla yeni humanitar paket təqdim etməyə hazırdır. Minatəmizləmə bizim tərəfdaşlarımızla əməkdaşlığımızın vacib istiqamətlərindən biridir. Ukraynanın tərəfdaşlarından bu avadanlıqları qəbul etməyə ehtiyacı var" deyə Zelenski əlavə edib.
Ukrayna lideri bildirib ki, hazırda 174 min kvadrat kilometr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənməlidir.
Onun sözlərinə görə, bu işləri fəal və təhlükəsiz şəkildə reallaşdırmaq üçün daha çox minatəmizləyən avadanlıqlara, maşınlara və xüsusi dronlara ehtiyac var.