Azərbaycanın Baş Naziri Əli Əsədovun Rusiyaya rəsmi səfəri başlayıb

Aərbaycanın Baş Naziri Əli Əsədovun Rusiya Federasiyasına (RF) rəsmi səfəri başlayıb.

APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, Baş Nazir Əli Əsədovu “Vnukovo-2” hava limanında Rusiyanın dövlət rəsmiləri qarşılayıblar.

 

Azərbaycan hökumətinin rəhbərinin şərəfinə fəxri qarovul düzülüb.

Qeyd edək ki, mayın 20-də Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv