Azərbaycanın Fələstində Təmsilçilik Ofisi təsis ediləcək

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Fələstində Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib.

 

Qanuna əsasən, Azərbaycanın Fələstin Dövlətində, Ramallah şəhərində Təmsilçilik Ofisi təsis ediləcək.

 

Dövlət başçısı Fələstində  Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam  da imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın Fələstində  Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

 

Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Müəllif | Apa.Tv
Apa.tv