Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.
Qanuna əsasən, Azərbaycanın İsrail Dövlətində, Təl-Əviv şəhərində Səfirliyi təsis ediləcək.
Dövlət başçısı Azərbaycanın İsraildə Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam da imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycanın İsraildə Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq edəcək.