Azərbaycanın keçmiş rəhbəri dəfn olundu
Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov dəfn olunub.
APA TV-nin Moskva müxbirinin xəbərinə görə, Əbdürrəhman Vəzirov bu gün Moskvanın Troyekurovskoye qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Əbdürrəhman Vəzirov yanvarın 10-da Moskvada müalicə aldığı xəstəxanada 91 yaşında vəfat edib.
Qeyd edək ki, Əbdürrəhman Vəzirov 1930-cu ilk mayın 26-da Bakıda anadan olub. O, SSRİ-nin Nepalda və Pakistanda fövqəladə və səlahiyyətli səfiri olub. Ə. Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyasının 1-ci katibi olub.