Azərbaycanın “küçə uşaqları” və “dilənçi biznesi”nin arxasında kim durub?
Küçə uşaqlarının bəziləri valideyn himayəsindən məhrum olan azyaşlılardır. Bir qismi isə elə öz valideynləri tərəfindən buna məcbur edilir. Küçə uşaqları əsasən şəhər mərkəzlərində, insanların sıx olduğu yerlərdə dolaşırlar. Çünki həmin yerlərdə daha çox pul qazana bilirlər. Yetkinlik yaşına çatmayanların dilənçiliyə, tüfeyli həyat tərzinə sövq edilməsinə qarşı DİN tərəfindən də tədbirlər həyata keçirilir. Nazirliyin mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, sözügedən hallar qeydə alındığı təqdirdə qanunamüvafiq tədbirlər görülür. Məsələ ilə bağlı sorğu göndərdiyimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bildirildi ki, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla bağlı sosial dəstək tədbirləri görülür. Agentliyin müvafiq müəssisəsində sosial reabilitasiya şöbəsi fəaliyyət göstərir. Uşaqlar bura qəbul olunduqdan sonra sosial işçi tərəfindən ilkin qiymətləndirmə aparılır, fərdi qayğı planı hazırlanır və sosial reabilitasiya prosesinə cəlb edilirlər. Deputat Hicran Hüseynova deyir ki, uşaqların hüquqlarının qorunması, onların daha yaxşı şəraitdə yaşaması üçün müvafiq dövlət qurumları tərəfindən işlər görülür. Lakin bu işlər daha da gücləndirilməlidir. Deputat Fazil Musatafa isə hesab edir ki, uşaqların küçə həyatından uzaqlaşdırılması üçün yeganə yol onların internat məktəblərinə cəlb edilməsidir. Hazırda isə bu sahədə boşluqlar var. Onun sözlərinə görə, icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar isə formal xarakter daşıyır. Küçə uşaqlarının təhsilə yönəldilməsi üçün ilk növbədə onların hansı səbəbdən məktəbdən kənarda qaldığı araşdırılmalıdır. Bundan sonra onların məktəbə qaytarılması üçün tədbirlər görülməlidir. Küçə həyatına məhkum olan və ya məhkum edilən uşaqların fiziki sağlamlığı ilə yanaşı, psixi sağlamlığında problemlər meydana gəlir. Bu da onların kimlərinsə çirkin əməllərinin qurbanı olmasına gətirib çıxara bilir. Təhsildən uzaq düşən, psixologiyasında problemlər yaranan, fiziki cəhətdən də sağlam olmayanın insanın isə gələcəkdə şəxsiyyət kimi formalaşması sual altında qalır. Onlar gələcəkdə cəmiyyət üçün təhlükəyə də çevirilə bilirlər. Sonda qeyd edək ki, dilənçilik bir millətin əsas peşəsidir. Onlar qaraçı, çiqan, çıqan, çingənə, romalar, roman və ya romanilər adlanır. Qaraçı adına Hindistanın “Qara” şəhəri ilə izah verən dilənçilər var. "Çıqan" və "çingənə" sözləri isə orta yunan dilində toxunulmazlar kimi tərcümə olunur. Doğrudan da, onları müşahidə edəndə bəzən adama elə gəlir ki, dilənçilərin xüsusi toxunulmazlığı var. Bəs onlara yaşıl işıq verən kimdir? “Küçə uşaqları”, “dilənçi biznesi”nin arxasında kim dayanıb? Bax bu sulların isə cavabı hələ də məlum deyil.