Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib – APA TV
Polo üzrə Azərbaycan milli komandası ABŞ yığması ilə yoldaşlıq oyunu keçirib.
APA TV-nin məlumatına görə, Binə Atçılıq Mərkəzindəki yeni istefadəyə verilmiş arenadakı qarşılaşma 6:6 hesabı ilə başa çatıb.
ABŞ yığmasının üzvü və “Grand Champions Polo Club” polo klubunun sahibi Melissa Qanzi jurnalistlərə bildirib ki, uzun illərdir polo idman növü üzrə Azərbaycanla əməkdaşlıq edirlər:
"Bu əməkdaşlıq günü-gündən inkişaf edir. ABŞ-la Azərbaycan arasında idman sahəsində xoş münasibətlər var. Azərbaycan hər zaman idmana və onun inkişafına xüsusi diqqət yetirir. Bu məkan ölkədə Polonun inkişafı üçün əlverişli şərait yaradacaq, həmçinin ölkənin bu idman növü üzrə dünyada tanınmasına töhfə verəcək. Burada çox yaxşı idmançılar var. Azərbaycan sözün əsl mənasında beynəlxalq yarışlara çox yüksək səviyyədə ev sahibliyi edir".
Qeyd edək ki. bu sahəyə diqqətin ayrılmasının nəticəsində infrastruktur təkmilləşdirilmiş və idmançıların məşq şəraiti yüksək səviyyəyə çatdırılmışdır. 2 ədəd yeni polo meydanlarının tikintisinə başlanmış, ot örtüyü Portuqaliyadan gətirilmiş, dünyada tanınmış Battro şirkətinin dəstəyi ilə meydanlar qurularaq istifadəyə verilmişdir. Nəticə etibarı ilə atçılıq sahəsində nailiyyətlər ildən-ilə artaraq, Azərbaycan komandası dünyada keçirilən yarışların qalibinə çevrilmişdir.
Semral Cavad
Xəyal İskəndərov
APA TV