Azərbaycanlı həkim: Xankəndi xəstəxanasında öz vətəndaşlarımıza xidmət göstərirdik

"Laçın-Xankəndi yolunda səhhəti pisləşən ermənilərə ilkin tibbi yardımı göstərib, onları Xankəndi xəstəxanasına çatdırdıq".

 

Bunu ötən gecə Qarabağda yaşayan ermənilərə yardım edən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev deyib.

 

Qarabağda yaşayan ermənilərə ilkin tibbi yardım göstərən Şuşa şəhər modul tipli xəstəxananın tibb bacısı Gülsüm Həsənova isə deyib ki, ermənilər onları görəndə həyəcanlanıblar:

 

Qeyd edək ki, ötən gecə Laçın-Xankəndi yolunda Rusiya sülhməramlıları Şuşa həkimlərindən yardım istəyib. RSK hərbçiləri Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə yaxınlaşaraq həkimə ehtiyac olduğunu bildiriblər.

 

Əraziyə gətirilən xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili xəstələri Laçın istiqamətinə aparıb. Daha sonra tibbi ləvazimat lazım olduğu və daha bir tibbi maşına ehtiyac olduğu bildirilib. Şuşalı həkimlər xəstələrə ilkin tibbi yardım göstərdikdən sonra onları Xankəndi xəstəxanasına çatdırıblar.

 

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv