Azərbaycanlı hərbçinin Qarabağda tapdığı ikona Rus Pravoslav Kilsəsinə hədiyyə edildi
Qarabağda tapılan ikona Bakıda Rus Pravoslav Kilsəsinə təqdim edilib.
APA TV-nin xəbərinə görə, kilsədə bununla bağlı təqdimetmə mərasimi keçirilib.
Azərbaycanlı hərbçi Ramiz Səfərov Hadrut uğrunda gedən döyüşlərdə dağıntılar altından tapdığı 150 yaşlı ikona Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinə təqdim olunub: “Ermənilər dünyaya car çəkirlər ki, Azərbaycan xalqı mədəni abidələrimizi dağıdır, yerlə yeksan edir. Amma işğaldan azad olunmuş Azərbaycan torpaqlarında bunun əksini gördük. Ermənilər Qarabağda daş üstə daş qoymayıblar. Qədim abidələr, məscidlər, tarixi tikililəri məhv ediblər. Baxın, Azərbaycanlı hərbçi Hadrutda necə dəyərli bir iş görüb. Bu ikona bizim üçün çox dəyərlidir. Həm tarixi, həm də dini əhəmiyyəti var və bunu dağıntılar altından məhz Azərbaycanlı hərçi çıxarıb”.
Yeparxiyaya qiymətli tarixi ikonanı hərbçimizin atası Səfər Səfərov təqdim edim. Aleksandır İşeinin sözlərinə görə, Ramiz Səfərov hazırda döyüş bölgəsində olduğundan, bu missiyanı atasına həvalə edib: “Ramiz Səfərov özü də Həcc ziyarətində olub. Döyüşlərin getdiyi bir dönəmdə dağıdılmış, ermənilər tərəfdən viran edilmiş ərazidən bu qiymətli ikonanı tapıb saxlayıb və bu gün atası vasitəsilə bizə göndərib”.
Daha sonra hərbçinin atası xristianlara məxsus ikonanı arxiyeskop Aleksandr İşeinə təqdim edib:
Hərbçi atası Səfər Səfərov deyir ki, ikonanı Hadrutda oğlum Hacı Ramiz Səfərov tapıb”: “O, çətin texnikanın təmiri üzrə mütəxəssisdir. Ermənilərin xristianlara məxsus tarixi ikonaların, abidələrin dağılması haqqında fikirlərini biz bu əməllərimizlə ifşa edirik. Bu, bizim hərbçilərimizin həm də dünyaya bir mesajıdır”.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein hədiyyəyə görə Səfər Səfərova təşəkkür edib. O qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri bərabər hüquqlara malikdirlər və bu, sənədlərdə deyil, əməllərdə də təsdiq olunur.