Azərbaycanlı qadına 70 şallaq cəzası
İranda molla rejiminə qarşı etiraz aksiyaları 3 aydan çoxdur ki, davam edir.
Lent.az-ın “Mouze“ teleqram kanalına istinadən məlumatına görə, bu aksiyalarda rejimin xalqa qarşı amansız rəftarı bitmək bilmir. İnsanlar repressiv qüvvələr tərəfindən günahsız yerə həbs edilərək edam cəzasına məhkum olunur.
00:12
Bunlardan biri də Zəncandan olan azərbaycanlı Mina Əlixani adlı qadındır. Etirazlara görə saxlanılan Əlixani məhkəmənin qərarı ilə 1 il həbs və 70 şallaq cəzasına məhkum edilib.