Azərbaycanlı qız 22 məşhur universitetə qəbul olundu
Uğur qazanmaq, Azərbaycanı ölkə hüdudlarından kənarda layiqincə təmsil etmək hər kəsin arzusudur. Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin IV kurs tələbəsi Aysu İsmayılova da bu arzunu reallaşdırmaq istəyən gənclərdəndir. Aysu universitetə qəbul üçün hazırlaşanda cəmi bir fənndən – fizikadan repitetor yanına gedib.
Hazırda universiteti bitirmək üzrədir və indidən dünyanın 8 ölkəsinin 22 məhşur ali təhsil ocağından dəvət alıb.
Aysu dəvəti qəbul etsə, İngiltərə, İsveç, Danimarka, Finlandiya universitetlərində tam təqaüdlə təhsil alacaq. Bu təhsil ocaqlarından ikisi dünya reytinqində 7 və 8-ci yerlərdə olan Imperial College London və University College Londondur.
Gənclərimizlə bağlı daha çox xoş xəbərlər hazırlamaq diləyi ilə.
FATMA ZAHIDQIZI
CEYHUN MUSTAFAYEV
APA TV