Azərbaycanlı qız dünya birincisi oldu: NASA-ya apardılar

279 nömrəli məktəbin 11-ci sinif şagirdi Qəndab Məmmədova ABŞ-ın RAYS universitetində keçirilən qlobal olimpiadada birincilik qazanıb. Fizika və astronomiya üzrə təşkil edilən olimpiadada Qəndab 29 ölkəni geridə qoyaraq, Azərbayacana qızıl medalla dönməyə müvəffəq olub.

 

Qəndab üçün yadda qalan məqamlardan biri də onun ABŞ-da keçirilən olimpiada iştirakçıları ilə birlikdə NASA-nın muzeyinə səyahət etməsi olub. Bununla yanaşı, Qəndab olimpiada çərçivəsində təşkil edilən mədəniyyət günündə də Azərbaycanı layiqincə təmsil edib.

 

Qəndabın 3 qardaşı var. Valideynləri deyir ki, qardaşları da Qəndab kimi olimpiada iştirakçılarıdır.

 

Qəndab Məmmədova olimpiadaya iştirak hüququ qazanan ilk azərbaycanlı qız təmsilçidir. Müəllimləri deyir ki, o bu olimpiadaya hazırlaşa-hazırlaşa gündəlik dərslərini də əla qiymətlərlə  oxuyub.

 

Qeyd edək ki, hazırda Qəndab növbəti Beynəlxalq Olimpiadaya hazırlaşır.

Müəllif | Apa.Tv
Apa.tv