Azərbaycanlı sürücü Türkiyədə güllələndi

Türkiyədə azərbaycanlı sürücü güllələnib.

 

APA TV Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbul şəhərində baş verib.

 

Belə ki, qırmızı işıqda gözləyən azərbaycanlıya motosikletlə yaxınlaşan iki nəfər atəş açıb. Nəticədə o, ağır yaralanıb.

 

Hadisə vaxtı sürücünün yanında olan qadın isə xəsarət almayıb.

 

Hadisəni törədən şəxslər ərazidən uzaqlaşıblar. Hazırda həmin şəxslərin axtarışları davam edir.

Müəllif | Apa.Tv
Apa.tv