Azərbaycanlı videobloqer 2 milyona ev aldı - 1 dəqiqə 10 xəbər 16:00 buraxılışı

Prezident İlham Əliyev sərəncamı ilə Badamdar və Bibiheybət qəsəbələrində yolların yenidən qurulmasına 2,6 milyon manat ayrılıb

 

Xarici işlər naziri Ceyhun Bayramov Minskə yola düşüb

 

Xaçmazda iki məktəbdə koronavirus aşkarlanıb

 

Elnur Əşrəfoğlunun vəziyyəti stabil ağır olaraq qalır – bu barədə yaxınları xəbər verib

 

Oğuzda meşədə qanunsuz fəaliyyət göstərən səkkiz ocaqxana aşkar edilib 

 

Bolqarıstanda iki meteoroloji təhlükə kodu elan edilib

 

Estoniya Respublikasının yeni Prezidenti Alar Karis vəzifəsinin icrasına başlayıb

 

Bakıda narkotik satışı ilə məşğul olan Sənubər Vəliyeva tutulub

 

Rusiyada yaşayan məşhur azərbaycanlı videobloqer Hüseyn Həsənov 2 milyona

ev alıb

 

İranda koronavirusa yoluxanların sayı 5 742 083 nəfərə çatıb

Müəllif | Apa.Tv
Apa.tv