Azərbaycanlıbiznesmenin qətli üçün15 min dollara killer tutdular
2019-cu ildə Rusiyanın Arxangelsk şəhərində qətlə yetirilən azərbaycanlı biznesmenin işi ilə bağlı qərar çıxarılıb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, qətlin təşkilatçıları 15 min dollar müqabilində Voronej vilayətindən killer tutaraq həmyerlilərinin ölümünə səbəb olublar.
Killer yaxalanandan sonra ələ keçiriləcəklərindən qorxan 3 Azərbaycan vətəndaşı Bakıya qaçıb. Rusiya İstintaq Komitəsinin təqdim etdiyi materiallardan sonra onlar Azərbaycanda həbs ediliblər.
Məhkəmə onlar barəsində 15 ildən 16.5 ilə qədər azadlıqdan məhrumetmə qərarı çıxarılıb.