"Azərenerji": Laçında 28 su elektrik stansiyası olacaq

“İşğaldan azad olunmuş Laçın rayonunun qısa bir vaxtda ümumi elektrik enerji sisteminə qoşulması və elektrik enerjisi ilə təchiz olunmasına dair dövlət başçısının göstərişi var. Dünən də bildiyiniz kimi Prezident "Laçın" qovşaq yarımstansiyanın təməlqoyma mərasimində iştirak etdi. Rayona artıq müvəqqəti olaraq elektrik enerjisi verilib. Lakin daha keyfiyyətli və dayanıqlı enerji ilə təchiz edilməsi və ümumölkə sisteminə qoşulması üçün bu yarımstansiyanın inşası vacib idi”. Bunu APA-ya açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev bildirib. Onun sözlərinə görə, Füzulidən Cəbrayıl, Qubadlı və Zəngilanı keçməklə gələn, eyni zamanda Daşkəsəndən Kəlbəcəri keçməklə "Qorçu" yarımstansiyası daxil olmaqla gələn və həmçinin Füzulidən Şuşaya gələn xəttin hamısı burada birləşəcək: Teymur Abdullayev deyib ki, Laçın rayonunun böyük su potensialı var. Ermənistanın işğalı zamanı burada mövcud olmuş 14 kiçik su elektrik stansiyası darmadağın edilib: Beləliklə, istər işğaldan azad olunmuş ərazilərin istər digər yerlərdə istehsal olunan Azərbaycanın elektrik enerjisi Zəngəzur dəhlizindən keçməklə Naxçıvan vasitəsilə Türkiyə və Avropaya gedəcək”. TEYMUR ABDULLAYEV “AZƏRENERJİ” ASC-NİN İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR MƏRKƏZİNİN RƏİSİ

Müəllif | Apa.Tv
Apa.tv